EN

Dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə strateji kommunikasiyalar mövzusunda kurs keçirilib

Bakı, 12 sentyabr, AZƏRTAC

Azərbaycan Respublikası Müdafiə Nazirliyi və NATO-nun Brunssum Birgə Qüvvələr Komandanlığının təşkilatçılığı, Medianın İnkişafı Agentliyinin dəstəyi ilə Bakıda strateji kommunikasiyalar mövzusunda kurs keçirilib.

Müdafiə Nazirliyinin Mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsində keçirilən kursda dövlət qurumlarının nümayəndələri iştirak ediblər.

İştirakçılara müdafiə naziri general-polkovnik Zakir Həsənovun müvafiq qərarı ilə təsdiq edilmiş Müdafiə Nazirliyinin Kommunikasiya Strategiyası ilə bağlı təqdimat verilib.

Kursda, həmçinin NATO-da strateji kommunikasiyanın təşkili və hərbi-ictimai əlaqələrin qurulması mövzusunda brifinqlər təqdim edilib, eləcə də qarşılıqlı müzakirələr aparılıb və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Kurs müddətində iştirakçılar nazirliyin nəşriyyat, multimedia və redaksiya fəaliyyəti ilə tanış olub, müvafiq tapşırıqları yerinə yetiriblər.

Sonda iştirakçılara sertifikatlar təqdim edilib.

Chosen
122
16
azertag.az

10Sources