EN

"Apple" dörd "iPhone 16 modelinin hamısında mühüm dəyişikliyi gizlədib

Dörd yeni "iPhone 16 modelinin hamısı 45 Vt-a qədər simli sürətli şarjı dəstəkləyir. 

Valyuta.az xəbər verir ki, bu barədə "9to5Mac" portalı Çin Keyfiyyət Sertifikatlaşdırma Mərkəzinin sənədinə istinadən məlumat yayıb.

Sənəddə bildirilir ki, bütün "iPhone 16" modelləri 5-15 volt gərginlikdə və maksimum gərginlikdə 45 vatt olan 3 amper cərəyanda sınaqdan keçirilib. Bu, 27-29 Vt-a çatan "iPhone 15" xəttindən 50% çoxdur.

"iPhone 16"nın buraxılmasından əvvəl insayderlər "Apple"ın yeni məhsullarına daha sürətli enerji doldurma tətbiq edəcəyini bildirmişdilər. Eyni zamanda, şirkət təqdimat zamanı və ondan sonra yeni "iPhone"ların simli enerji doldurma sürəti ilə bağlı heç bir açıqlama verməyib. Yalnız qeyd olunub ki, "MagSafe" simsiz maqnit doldurulması müvafiq enerji təchizatı istifadə edərkən 25 Vt-a qədər yüklənməni dəstəkləyir.

"Apple" 9 sentyabr bazar ertəsi "iPhone 16" və "iPhone 16 Pro" seriyasını təqdim edib. Yeni əşyalar sentyabrın 20-də satışa çıxarılacaq. Qadcetlər yeni "Camera Caption" düyməsi, Pro və Pro Max modellərində daha böyük displeylər və "Apple Intelligence "AI sistemi üçün dəstək alıb.

Paşa Məmmədli

Chosen
165
42
valyuta.az

10Sources