Ukrayna prezidenti Vladimir Zelenski Rusiya ordusunun Kursk yaxınlığında əks-hücuma keçdiyini təsdiqləyib.
Azpost.info xəbər verir ki, Zelenski hər şeyin plana uyğun getdiyini bildirib.
Rusiya qoşunlarının Kursk vilayətində genişmiqyaslı əks-hücum əməliyyatına başlaması barədə məlumat sentyabrın 10-u axşam saatlarında yayılıb. Sonra bu məlumatları “Axmat” xüsusi təyinatlılarının komandiri Apti Alaudinov təsdiqləyib. O, rus qoşunlarının hərəkət zonasındakı müsbət vəziyyət barədə məlumat verib və Rusiyanın nəzarəti altına qaytardığı məskunlaşan ərazilərin sayını qeyd edib.
Azpost.info