EN

Turizm şirkətindən ağlasığmaz əməl: Atlara belə zülm edirlər...

Turizm firmasının dənizin ortasında təşkil etdiyi at turu qalmaqala səbəb olub. 

Yenisabah.az xəbər verir ki, Antalyanın Alanya rayonunda dənizdə at turu təşkil edilməsi heyvansevərlərin qəzəbinə tuş gəlib. 

Şəhərin yerli sakinləri və xarici turistlərinin ən çox sevdiyi rayonlarından biri olan Alanyada turistlər üçün həm dəniz, həm safari, həm də at turları təşkil edən şirkətin sosial media hesabında etdiyi paylaşım böyük səs-küy yaradıb.  vakansiyalar

Şirkətin turistik turları və bu turlardakı fəaliyyətləri özündə əks etdirən paylaşımlarından birində qadın turistin at sürərək dənizdə dolaşdığı görüntülər yer alıb. Sürüş zamanı dərinlik atın ağız və burun səviyyəsinə çatır. Bir çox sosial media istifadəçisi atın böyük çətinlik çəkdiyini göstərən görüntülərə biganə qalmayıb. Onlar atlara işgəncə verildiyini vurğulayıblar. 

Qeyd edək ki, Alanyada həm sahildə, həm meşələrdə, həm də təbii ərazilərdə Aralıq dənizi mənzərəli at turları təşkil edilir. Turlar 1500-1600 TLdən başlayır. Bir çox turizm agentlikləri Alanya tur paketlərinə at turu fəaliyyətlərini də daxil edir. 

Aytac Şahin 


Telegram kanalımız
Chosen
164
50
yenisabah.az

10Sources