Qavinin yaşıl meydanlara qayıdacağı tarix bəlli olub.

Offsideplus.az xəbər verir ki, ispaniyalı yarımmüdafiəçi təxminən 15 gün sonra, sentyabr ayının sonlarında oyunlara çıxa biləcək. Qavi bu gün komanda ilə məşqlərə qoşulub. Bu barədə klubun sosial şəbəkə hesabında paylaşım olunub.

Xatırladaq ki, gənc ulduz 2023-cü ilin noyabrında İspaniya milli komandasında dizindən ağır zədə almışdı. O, ötən mövsüm 15 oyuna çıxmış, 2 qol və 1 assistə imza atmışdı.