Ukrayna Xarici İşlər Nazirliyi (XİN) Monqolustana qarşı demarş elan edib.
Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyi bəyanat yayıb.
Bildirilib ki, bu qərar Rusiya Prezidenti Vladimir Putinin Ulan-Batora səfəri zamanı həbs edilməməsi ilə bağlı verilib: “Sentyabrın 12-də Ukrayna Xarici İşlər Nazirliyi Ukrayna tərəfinin çağırışı ilə Ulan-Batordan Kiyevə gələn Monqolustan Xarici İşlər Nazirliyinin Avropa və Afrika Departamentinin baş direktoru Qanxuray Battunqalaq ilə görüş zamanı Monqolustan tərəfinə demarş elan edib.
Monqolustan tərəfi, Roma Nizamnaməsini imzalayan Monqolustanın Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) Putin üçün verdiyi həbs qərarını imtina etməsinə dair Ukraynanın dərin məyusluğu ilə bağlı məlumatlandırılıb”.
Bizim.Media