“Real”ın 3 futbolçusu zədəsini sağaldıb.
Bizim.Media “Marca”ya istinadən xəbər verir ki, bunlar yarımmüdafiəçilər Cud Bellingem, Orelyen Tçuameni və müdafiəçi Eder Militaodur.
Onlar komanda ilə məşqlərə başlayıblar. Yeni sağalan futbolçuların La Liqanın 5-ci turunda “Real Sosyedad”a qarşı matçda oynamaq ehtimalı da var.
Qeyd edək ki, “Real Sosyedad” – “Real” qarşılaşması 14 sentyabrda keçiriləcək.
Bizim.Media