EN

Türkiyədə silah qaçaqmalçılarına qarşı əməliyyat: 2 min 459 şübhəli saxlanılıb

Türkiyədə silah qaçaqmalçılarına və sənədsiz silah gəzdirənlərə qarşı 81 vilayətdə “Mercek-25” əməliyyatı keçirilib.

 Missiya.Az xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Ali Yerlikaya sosial media hesabında yazıb. 

O qeyd edib ki, əməliyyatlar zamanı 2 min 738 silah, 1595 sənədsiz tapança, 442 boş güllə atan tapança, 655 sənədsiz ov tüfəngi ələ keçirilib, 2 min 459 şübhəli barəsində tədbir görülüb. 

Nazir cinayətkar qruplara qarşı mübarizənin aramsız olacağını bildirib.

Nurlana ƏhmədovaMissiya.Az

Chosen
50
missiya.az

1Sources