EN

MİT-in İraq əməliyyatı: Qırmızı kateqoriyada olan terrorçu məhv edildi

MİT İraqın şimalındakı Mahmurda keçirdiyi əməliyyatla terror təşkilatı PKK/KCK-nın Mahmur düşərgəsinin rəhbər şəxslərindən olan Azad Akıncını zərərsizləşdirib.

Qaziler.az bildirir ki, bu barədə TRT-Haber məlumat yayıb.

Terrorla bağlı axtarışda olanlar siyahısında qırmızı kateqoriyada olan PKK/KCK üzvü Azad Akıncı MİT-in hədəf siyahısında olub.

MİT xəbər mənbələri vasitəsilə terrorçu Akıncının yerini müəyyən edib.

MİT Türkiyə sərhədinin 160 km dərinliyində yerləşən Mahmurda Azad Akıncı addım-addım izlənib. Azad Akıncı ən uyğun anda dəqiq əməliyyatla zərərsizləşdirilib.

QAZİLER.AZ

Chosen
68
qaziler.az

1Sources