EN

Parlamentari: Şvabe korrupsiyaya uğramış deputatların ön sırasındadır

Nümayəndə heyətimizin AŞPA-da fəaliyyətinin dondurulmasında da Şvabenin canfəşanlığı hər kəsə bəllidir
 
 
 Azərbaycanda beynəlxalq əhəmiyyətli iqtisadi-mədəni tədbirlərin keçirilməsi ərəfəsində Qərb ölkələri və bəzi qlobal təşkilatlar dərhal Azərbaycana qarşı informasiya məkanında hücuma keçirlər. "Eurovision" müsabiqəsi, Avropa Oyunları, İslam Oyunları, "Formula-1" yarışları zamanı da eyni proseslər müşahidə edilib. “İnsan haqları”, “demokratiya”, “siyasi məhbuslar” ifadələri qərəzli Qərb dairələrinin leksikonunda siyasi dəyənək rolunu oynayıb. Həmin dəyənəyi onlar müstəqil siyasət yürüdən ölkələrə qarşı yönəldiblər. Ələlxüsus, Azərbaycanın 44 günlük Vətən müharibəsində Ermənistan və onun havadarları üzərində möhtəşəm qələbəsi, antiterror əməliyyatları ilə 200 illik separatizmə, terrorizmə son qoyması, ərazi bütövlüyünü, suverenliyini bərqərar edərək nəinki Cənubi Qafqazda, qlobal miqyasda söz sahibi ölkəyə çevrilməsi bir çox Qərb ölkəsini, İrəvanın himayədarlarını əməlli-başlı narahat edib. Dövlət başçısının uzaqgörən siyasəti və taktiki gedişləri sayəsində Azərbaycanın sürətli güclənməsini həzm edə bilməyən dairələr müxtəlif vasitələrlə ölkəmizə qarşı qarayaxma kampaniyasına start veriblər. Bu işdə onların ən böyük dəstəkçilərindən biri Avropa Şurası Parlament Assambleyasında Azərbaycan əleyhinə aparılan kampaniyanın müəllifi, ölkəmizin qurumdakı nümayəndə heyətinin fəaliyyətinin dayanmasının baiskarı almaniyalı deputat Frank Şvabedir. Türkofob fikirləri ilə tanınan və erməni lobbisinin oyuncağı kimi ad çıxarmış almaniyalı deputat xeyli müddətdir, Azərbaycana qarşı qərəzli təbliğatla məşğuldur. Hətta Frank Şvabe 2019-cu ildə Almaniya parlamentində çıxışı zamanı Azərbaycanı müdafiə etmiş deputat həmkarı Karin Strenzi korrupsiyada ittiham etmişdi. Onun iddiasından sonra xanım deputatın toxunulmazlığı qaldırılmışdı. Şvabe özü korrupsiyaya bulaşmış şəxsdir və onun təmsil olunduğu partiyanın nümayəndələri müxtəlif ölkələrin xəfiyyələrinə işləməkdə ad çıxarıblar. O, Azərbaycanla bağlı yaxşı nə varsa ona kölgə salmağa çalışır. 2016-cı ilin aprel döyüşləri zamanı da, keçmiş separatçı rejimlə bağlı Avropa Parlamentindəki çıxışında bu qanunsuz rejimin müstəqilliyinin tanınmasını istəyib. Bu da birbaşa BMT kimi nüfuzlu qurumların qəbul etdiyi qətnamələri yox saymaq, tapdalamaq idi. İndi Azərbaycanı Avropa Şurasının prinsiplərinə əhəmiyyət verməməkdə günahlandıran bu deputat, beynəlxalq aləmdə qətnamələrlə təsdiqini tapmış işğal faktını inkar etməklə qalmayıb, hələ "dövlət" kimi tanınmasını da istəyib. Son çıxışlarında yenidən Azərbaycanda “siyasi məhbusların” azad olunmasına çağırış edib, Qarabağ ermənilərinin hüquqları barədə danışıb. Lakin bir dəfə də olsun, Qarabağda qondarma rejim və işğalçı Ermənistan tərəfindən törədilmiş dağıntılar və Azərbaycanın mədəni irsinin dağıdılması, azərbaycanlıların ora qayıdış hüquqlarının 30 il ərzində tapdalanması barədə bir söz də deməyib. Bu fakt özlüyündə onun nə dərəcədə qərəzli və erməni lobbisinin maraqlarına xidmət edən şəxs olmasını göstərir. Azərbaycan ictimaiyyəti Şvabe, Okampo, bir sıra ABŞ konqresmenləri və senatorları, fransalı siyasətçilər və insan hüquqları müdafiəçilərinin ardıcıl, məqsədyönlü və sifarişli hücumlarına onilliklərlə şahidlik edib. Artıq azərbaycanlılarda bu kimi hücumlara qarşı immunitet yaranıb. Hamı başa düşür ki, yeni hücum dalğası COP29-la bağlıdır. Bu mühüm tədbir ərəfəsində beynəlxalq ictimaiyyətin qarşısında Azərbaycanı növbəti dəfə qaralamaq məqsədi güdür və bütün bunların arxasında erməni lobbisi və anti-Azərbaycan qüvvələr dayanır. Böyük tədbirlərə ev sahibliyi etdiyimiz bir zamanda, ölkəmizin nüfuzunun günü-gündən artdığı bir dövrdə Şvabe kimilərin “siyasi məhbus“ kimi vaxtı keçmiş məsələlərdən yenidən istifadə etməsi şantaj və qarayaxma kampaniyasının yeni bir mərhələsidir. Azərbaycan hərbi, diplomatik və qlobal səviyyədə önəmli nəticələr əldə edib və belə qara qüvvələrin aktivləşməsi heç də təəccüblü deyil. Şvabe kimiləri ölkəmizdə keçirilən nüfuzlu tədbirlərin mühüm nəticələrini şübhə altına almaq üçün mütəmadi qarayaxma kampaniyaları keçirir. Şvabenin təmsil olunduğu partiya nümayəndələri müxtəlif ölkələrin xəfiyyələrinə işləməkdə ad çıxarıblar. Məsələn, Şröder bu günə qədər də "Qazprom"da təmsil olunur. Görəsən, Şvabe bu barədə niyə danışmır? Angela Merkelin isə uzun müddətdir SSRİ "KQB"-sinin agent şəbəkəsində olduğu danılmaz fakta çevrilib. Azərbaycan özünün güclü lideri, ordusu, xalqın qəhrəmanlığı ilə çox dərin layları tərpədib. Heç bir qüvvə ölkəmizin uğurunu, nüfuzunu əlindən ala, gələcək planlarını poza bilməyəcək.

Millət vəkili Elman Nəsirov "Sherg.az"a bildirib ki, Azərbaycan COP29 kimi mötəbər tədbirə ev sahibliyi etməyə hazırlaşarkən anti-Azərbaycan qüvvələr yenidən aktivləşiblər. Deputatın sözlərinə görə, belə məqamlarda ABŞ və Avropanın bəzi dairələrinin yuxusuna haram qatılır: 

"Onlar cürbəcür şər-böhtan kampaniyasını işə salaraq ölkəmizi hədəf alırlar. Ənənəvi anti-Azərbaycan fəaliyyətinin əsas simalarından, hətta simasızlarından biri alman deputat Frank Şvabedir. O yenə Azərbaycan əleyhinə uydurmalar, yalanlar danışmaqla məşğuldur. Onun Azərbaycana qarşı həqarətli davranışı dəfələrlə olub. Nümayəndə heyətimizin AŞPA-da fəaliyyətinin dondurulmasında da Şvabenin canfəşanlığı hər kəsə bəllidir. Azərbaycan Prezidenti cənab İlham Əliyev İtaliyaya işgüzar səfəri zamanı bu məqamlara diqqət çəkdi. Vurğuladı ki, 70-dək deputat Azərbaycan əleyhinə mövqe sərgiləyib, ölkəmizə qarşı yalan, şər-böhtan yayıb. Şvabe də onların içərisindədir və öndə gedənlərdəndir. Başa düşürük ki, Şvabe və onun kimi şəxslər erməni lobbisinin əlində alətdir. Erməni lobbisi bu tip şəxslərdən maşa kimi istifadə edirlər və lazım gələndə onların haqqı ödənilir. Burada "əl əli, əl də üzü yuyar" prinsipi işə düşür".
 
 Parlamentari bəyan edib ki, Şvabe heç bir halda erməni sevgisinə görə belə davranmır:
 "Düzdür, bir çox hallarda ermənidən çox ermənilik edir. Amma bunun səbəb və motivləri ayrıdır. Onlar korrupsiyaya uğramış deputatlar sırasında öncül mövqeyə malikdirlər. Qeyd edim ki, ABŞ Senatında bəzi konqresmenlərin fəaliyyəti araşdırılarkən onların korrupsiyaya bulaşması faktı üzə çıxır və həbsləri məsələsi gündəmə gəlir. Eyni aqibəti uzaq olmayan perspektivdə AŞPA-dakı ermənipərəst deputatlar da yaşayacaqlar. İnanırıq ki, Şvabe də həmin siyahıda olacaq. Gec-tez ədalət zəfər çalır. Cənab Prezidentin qeyd etdiyi kimi, AŞPA Azərbaycana münasibətdə davranışını dəyişərsə, ədalət yolunu tutarsa, Bakı da adekvat addım ata bilər. Hazırda məsuliyyət qarşı tərəfin üzərindədir".
  
 
 
 
 
Chosen
136
sherg.az

1Sources