"Comex" birjasında (Nyu-York Ticarət Birjasının bölməsi) ticarət zamanı 2024-cü ilin dekabrında çatdırılma şərtilə qızıl fyuçerslərinin qiyməti tarixi maksimumunu yeniləyib.
Bu barədə TASS məlumat yayıb.
Ticarət sessiyası zamanı qiymətli metalın qiyməti 1 troya unsiyası üçün 2572.3 dollar (+1.8%) təşkil edib.
Qeyd edək ki, sonuncu rekord 20 avqust 2024-cü il tarixində (2 550 dollar) qeydə alınmışdı.