Türkiyənin Milli Kəşfiyyat İdarəsi (MİT) İraqın şimalındakı Mahmur bölgəsində əməliyyat keçirib.
Missiya.Az xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.
Bildirilib ki, əməliyyat nəticəsində PKK/KCK terror təşkilatının “rəhbər” şəxslərindən biri olan Azad Akıncı zərərsizləşdirilib.
Qeyd olunub ki, terrorçu 2006-cı ildə təşkilata qoşulub, 2014-cü ildə Şimali İraqa köçərək, müxtəlif yüksək vəzifələrdə çalışıb və 2023-cü ildən Mahmur düşərgəsinə rəhbərlik edib.
Nurlana ƏhmədovaMissiya.Az