EN

Estoniya Rusiya ilə sərhədin möhkəmləndirilməsinə 40 milyon avro ayıra bilər

Estoniya hökuməti gələn il Rusiya ilə sərhədinin möhkəmləndirilməsi üçün 40 milyon avro ayırmağı planlaşdırır.

Bakıvaxtı.az ERR dövlət televiziya və radiosuna istinadən xəbər verir ki, bu təkliflə xarici işlər naziri Lauri Lyaenemets çıxış edib.

Bu vəsaitlər sərhəd infrastrukturunun tikintisinin əvvəlində quraşdırılmış qurğuların yenilənməsi, giriş yollarının və əlavə telekommunikasiya sistemlərinin tamamlanması üçün istifadə oluna bilər. Sərhəd infrastrukturunun tənzimlənməsinin 2025-ci ilin sonunadək başa çatdırılması planlaşdırılır.

Onun sözlərinə görə, Estoniya da sərhəddə pilotsuz uçuş aparatlarına qarşı müdafiə sistemi yaratmaq istəyir. “Miqrasiya böhranı” zamanı hüquq-mühafizə orqanlarına kömək etmək üçün ehtiyatda olanlardan ibarət xüsusi dəstənin yaradılması imkanları da nəzərdən keçirilir. Amma bu tədbirlərin həyata keçirilməsi 2025-ci ildə əlavə 60 milyon avronun ayrılmasını tələb edəcək".

Chosen
78
2
bakivaxti.az

3Sources