İran xarici işlər nazirinin müavini Məcid Taxt-Rəvançi Ermənistana səfər edəcək.
"Operativ Məlumat Mərkəzi-OMM" “Sputnik-Armeniya”ya istinadən xəbər verir ki, o, bu barədə “X” sosial şəbəkəsində məlumat verib.
Xarici işlər nazirinin müavini onu İrəvana səfərə dəvət edən erməni həmkarı Vaan Kostanyanla telefon danışığı apardığını bildirib.
M.Rəvançi səfərinin tarixini dəqiqləşdirməyib.