EN

"Arsenal"ın futbolçusu karyerasını bitirdikdən sonra məşqçi işləmək arzusunda olduğunu bildirib

İtaliya millisinin və İngiltərənin "Arsenal" klubunun futbolçusu Jorjinyo karyerasını bitirdikdən sonra məşqçi kimi çalışmaq arzusunda olduğunu bildirib.

“İki sahil” xəbər verir ki, futbolçu bu haqda İngiltərə millisinin keçmiş qapıçısı Devid Simenin podkastında danışıb.

O, daha əvvəl bu barədə düşünmədiyini, sonradan həvəs göstərdiyini və karyerasını bitirməsinin ardından məşqçi kimi fəaliyyət göstərmək istədiyini deyib.

Qeyd edək ki, Jorjinyo 2023-cü ildə İngiltərənin "Çelsi" klubundan "Arsenal"a transfer olunub.

Chosen
69
ikisahil.az

1Sources