EN

“Aztelekom” qanunu pozdu, tenderi ləğv edildi

“Aztelekom” MMC-nin bir müddət əvvəl elan etdiyi tenderin nəticələri ləğv olunub. Tribunainfo.az xəbər verir ki, generatorlar üçün ehtiyat hissələrini almaq üçün elan edilmiş sorğunun ləğvinin səbəbi də açıqlanıb.
Qeyd edək ki, elektrik generatorlarının təmiri üçün nəzərədə tutulan prosesə “Aztelekom” 252.127,65 manat ayırıbmış.
Lakin İqtisadiyyat Nazirliyi yanından Antiinhisar və İstelak Bazarına Nəzarət Xidməti nəticələri məqabul hesab etməyib. Buna səbəb isə “Dövlət satınalmaları haqqında” qanunun müvafiq maddəsinin pozulmasıdır. Belə ki, “Aztelekom” sözügedən qanunun 36.1.1.-ci maddəsini pozub. Bu isə o deməkdir ki, satınalmada iştirak etmək üçün təklifi və təklifin təminatını təqdim etmiş, tələb olunduğu halda müvafiq lisenziyaya və ya icazəyə malik olan təchizatçıların sayı üçdən azdır.

Chosen
146
2
tribunainfo.az

3Sources