Xəbər verdiyimiz kimi, Rusiya Prezidenti Vladimir Putin Azərbaycanəsilli rusiyalı releaparıcı İradə Zeynalovanı səfir təyin edib.
Sfera.az onun dosyesini təqdim edir:
İradə Aftandil qızı Zeynalova 20 fevral 1972-ci ildə Moskvada metis ailəsində anadan olub. Atası Aftandil Isabalı oğlu azərbaycanlıdır, anası Galina Alekseevnanın milliyəti rusdur.
Moskvanın 61 nömrəli məktəbində orta təhsilini başa vurub. 1995-ci ildə MATI (K.E. Tsiolkovski adına Rusiya Dövlət Texnoloji Universitetini) bitirib.
Universiteti bitirdikdən sonra ABŞ-da təcrübə keçib. 1997-ci ildən bəri televiziyada işləyir.
21 iyul 2017-ci il tarixində Yegor Kolyvanov və Sergey Malozyomovla birlikdə "'Vladimir Putinlə ciddi söhbət" verilişinə rəhbərlik edir.
İradə Zeynalova iki dəfə ailəli olub.(Metbuat.az)