EN

Xəzərdə zəlzələ oldu

Sentyabrın 14-də Xəzər dənizində zəlzələ qeydə alınıb.

“Qafqazinfo” xəbər verir ki, bu haqda Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı Bürosu məlumat yayıb.

Bildirilib ki, yerli vaxtla saat 13:06-da qeydə alınan yeraltı təkanların maqnitudası 3,1-ə bərabər olub.

Zəlzələnin ocağı 67 kilometr dərinlikdə yerləşib.

Chosen
128
7
qafqazinfo.az

10Sources