EN

Böyrəkləri sağlam saxlamaq üçün bu qidanı YEMƏK LAZIMDIR

Həkimlər böyrəklərin sağlamlığını dəstəkləyən məhsulların adlarını açıqlayıblar.

News24.az Azpost.info-ya istinadən bildirir ki, rusiyalı mütəxəssilər böyrək sağlamlığı üçün zəruri olan beş əsas məhsulu sadalayıblar.

Həkimlər  xəbərdarlıq edib ki, böyrək funksiyasının zəif olması səbəbindən qan azlığı yarana, ürək və damarların, həzm orqanlarının fəaliyyəti pisləşə, immunitet aşağı düşə bilər. socar vakansiya

Böyrəyə qanı və bədəni toksinlərdən təmizləməsinə kömək etmək üçün rasionunuza xiyar, qarabaşaq yarması, dəniz balığı, qaragilə və buğda kəpəyi daxil etməlisiniz.

Həkimlərin açıqlamasında deyilir: “Xiyar 90% sudur, sidik yollarını yuyur, tullantıların və toksinlərin konsentrasiyasını azaldır. Qarabaşaq yarmasının tərkibindəki mürəkkəb karbohidratlar sidik ifrazını təşviq edir”.

Dəniz balıqlarının tərkibində olan Omeqa-3 böyrək toxumasını və ümumiyyətlə böyrək funksiyasını qorumağa kömək edir, qaragilə isə böyrək borularını atrofiyadan qoruyur. B6 vitamini ilə zəngin olan buğda kəpəyi sidik daşı xəstəliyinin qarşısını alır.

Mütəxəssilər  hətta sağlam qidalardan da sui-istifadə etməməyə və balanslaşdırılmış pəhrizə riayət etməyə çağırıblar. Onlar  həmçinin çoxlu miqdarda duz, konserv, qırmızı ət, şirin və yağlı qidalardan istifadə etməmək barədə xəbərdarlıq ediblər. 


Chosen
26
15
news24.az

10Sources