"İmişli" ev oyunlarının məkanı ilə bağlı qərara yenidən baxacaq.
Bu barədə klubdan məlumat əldə etmişik.
Bölgə klubu İmişli şəhər stadionun təmirə bağlanmasına görə ev oyunlarını doğma arenada keçirə bilmir.
Alternativ meydan axtarışında isə rəsmilər Tovuz şəhər stadionundan istifadə etməyə qərar verdi.
Və ilk ev oyununda "Sportinq Bakı"nı Tovuzda qəbul edən imişlilər meydanı xalsız tərk etməli oldu - 1:2.
Həm məsafənin uzaq olmasını, həm də əlavə xərclərin çox olmasına əyani şahid olan klub rəhbərliyi növbəti ev oyunu üçün Tovuz şəhər stadionunda istifadə etməyi düşünmür.
Artıq bu yöndə işlərə start verilib.
İlkin variant olaraq rəqiblərlə danışıqlara gediləcək.
Ki, birinci dövrədə "İmişli" evdə qəbul edəcəyi komandalarla səfərdə oynasın. Bir sözlə, ev-səfər oyunlarının yeri dəyişdirilsin.
Əgər bu da baş tutmasa, yaxın məsafədə yerləşən stadionlarda ev matçların keçirilməsi üçün Peşəkar Futbol Liqasına müraciət ediləcək.
XANOĞLAN / SPORTİNFO.AZ