Bakıda keçirilən Azərbaycan Qran-prisinin əsas yarışının bitməsinə bir dövrə qalmış qəza baş verib.
İNFOAZ.WS xəbər verir ki, “Ferrari”dən Karlos Sayns və “Red Bull”dan Serxio Peres qəza törədiblər. Hər iki sürücünün idarə etdiyi bolid 50-ci dövrədə səddə çırpılıb.
Qeyd edək ki, Serxio Peres sona iki dövrə qalmış ilk üçlükdə qərarlaşırdı.