EN

Zelenski ABŞ-dən cavab gözləyir

Kiyev hələ də Rusiya ərazisindəki hədəflərə  ABŞ istehsalı uzaqmənzilli silahlarla zərbə endirmək üçün Vaşinqtondan icazə almayıb.

 

Modern.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski CNN jurnalisti Fareed Zakaria ilə müsahibəsində bildirib.

 

Zelenskinin sözlərinə görə, Ukrayna Rusiya hərbi bazalarına və hərbi aerodromlarına hücum etmək üçün belə silahlara ehtiyac duyur. Lakin Kiyev belə bir icazə gözləyir.

 

"İndi Rusiya 100 km, 150 km, 300-dən 500-ə qədər olan təyyarələrini geri çəkməyə başlayıb. Bizə daha çox icazə lazımdır", - Ukrayna prezidenti bildirib.

 

Ukraynanın artıq ABŞ-dan Rusiya ərazisinə uzaq məsafədən zərbələr endirmək üçün icazə alıb-almaması ilə bağlı suala Zelenski “Xeyr, hələ ki, yoxdur” cavabını verib.

Chosen
112
50
modern.az

10Sources