EN

Türkiyənin "Polad Günbəz" hava hücumundan müdafiə sistemi sınaqdan uğurla keçib

Türkiyə “Polad Günbəz” (Çelik Kubbe) kimi tanınan özünün “SIPER-2” hava hücumundan müdafiə sistemini sınaqdan keçirib, bu barədə Türkiyənin NTV nəşri və Türkiyə Müdafiə Sənayesi İdarəsinin rəhbəri Haluk Görgün məlumat verib.

Görgün bildirib ki, bu layihə “ölkənin təhlükəsizliyinə qoyulan ən böyük investisiyalardan biridir”.

“SIPER sistemi uzaq məsafələrdə və yüksəklikdə effektiv müdafiəni təmin edərək, dövlətimizin sərhədlərini dəmir qalxan kimi tam müstəqil şəkildə qorumaq məqsədimizi gücləndirir”, - deyə o bildirib.

Nəşr Türkiyənin “Aselsan”, “Roketsan” və “Tübitak SAGE” şirkətlərinin “SIPER-2”-nin inkişafı üzərində işlədiyini bildirib.

Qeyd olunur ki, hava hücumundan müdafiə sistemi bir neçə komponentdən ibarətdir: “Sunqur” zenit-raket kompleksi, “SIPER” uzaq mənzilli hava hücumundan müdafiə sistemi və lazer qurğusu.

Türkiyənin “Polad günbəz”i də “dost və ya düşmən” hədəfi müəyyən edən sistemlə təchiz edilib və hər biri altı raketi yerləşdirə bilən səkkiz buraxılış qurğusundan eyni vaxtda raket atmaq qabiliyyətinə malikdir.

“SİPER-2”-nin qanadlı raketləri, qırıcı təyyarələri, hava-yer raketlərini, pilotsuz təyyarələri və gələcəkdə ballistik hədəfləri də məhv edə biləcəyi gözlənilir. İlk belə sistem bu ilin sonuna qədər Türkiyə ordusunda istifadəyə verilməlidir.

Almaz Həsənli

Chosen
91
27
oxumeni.az

10Sources