EN

Merdokun media imperiyasında hakimiyyət savaşı - Övladlarını aradan götürmək istəyir

Məşhur \"Succession\" serialında tanınan Merdok ailəsindəki hakimiyyət davası məhkəməyə göndərilib.
 
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, 93 yaşlı Rupert Merdok böyük oğlu Lachlan istisna olmaqla, daha üç övladını şirkət rəhbərliyindən uzaqlaşdırmaq istəyir.
 
Merdokun tələbi ilə bağlı qərar bu gün Nevada ştatında məhkəmədə veriləcək. 

Merdokun ailə müəssisəsi 1999-cu ildə Rupert Merdok ikinci arvadı Anna ilə boşandığı zaman yaradılıb.
 
Bu şirkətin razılaşmasına görə, Merdokun ölümündən sonra səs hüququnu təmin edən səhmlər onun dörd övladı Prudens, Elisabeth, Lachlan və James arasında bölünəcək.

Bildirilir ki, Rupert Merdok mühafizəkar olan böyük oğlu Lachlan istisna olmaqla, daha üç siyasi cəhətdən mötədil övladını şirkət rəhbərliyindən uzaqlaşdırmaq məqsədi daşıyır. 

Mütərəqqi qruplara verdiyi ianələrlə tanınan Ceyms Merdok fikir ayrılıqlarına görə \"News Corp\"un direktorlar şurasından istefa verib.

Mikayıl
Chosen
19
azxeber.com

1Sources