EN

BRICS XİN başçıları sentyabrın sonunda Nyu-Yorkda danışıqlar aparacaqlar

BRICS ölkələrinin xarici işlər nazirləri sentyabrın sonunda Nyu-Yorkda BMT Baş Assambleyası çərçivəsində görüşəcəklər.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov misirli həmkarı Bədr Əbdül Ati ilə danışıqların yekunlarına dair mətbuat konfransında deyib.

“Biz bu ilin oktyabrında Kazanda keçiriləcək BRICS sammitinə və bu ayın sonunda Nyu-Yorkda BMT Baş Assambleyası çərçivəsində keçiriləcək BRICS nazirlərinin görüşünə hazırlığı müzakirə etdik”, - S.Lavrov bildirib.

Onun sözlərinə görə, tərəflər yekdil fikirdədirlər ki, Misirin bu ilin yanvarında BRICS birliyinə daxil olması iki ölkə arasında tərəfdaşlığın inkişafına böyük təkan verib.

Chosen
26
5
sam.az

6Sources