11 iyun 2024-cü il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "Azərbaycan Beynəlxalq Bankı” ASC-nin səhmləri Bakı Fond Birjasında premium bazar seqmentində listinqə daxil edilib.
Birjanın yaydığı məlumatda bildirilir ki, 10 sentyabr 2024-cü il tarixində sözügedən qiymətli kağızların abunə yazılışı başa çatmışdır.
17 sentyabr 2024-cü il tarixindən başlayaraq 24 sentyabr 2024-cü il tarixinə kimi 6 iş günü ərzində "Azərbaycan Beynəlxalq Bankı” ASC-nin səhmləri üzrə yerləşdirmə baş tutacaqdır.
Qeyd edək ki, "Azərbaycan Beynəlxalq Bankı” ASC-nin səhmlərinin kütləvi ticarətə başlaması Azərbaycanda ilk İPO (Səhmlərin ilkin kütləvi təəklifi ) hadisəsidir.
Səhmlər üzrə məlumat aşağıdakı kimidir:
Emitentin adı: "Azərbaycan Beynəlxalq Bankı” ASC
Dövlət qeydiyyat nömrəsi – İSİN: AZ1004004581
Səhmlərin növü və forması: Səhm adi, sənədsiz, adlı
Ticarət üsulu/forması: Kütləvi/Abunə yazılışı
Səhmlərin sayı: 322,000,000 (ədəd)
İlkin ticarət qiyməti: 0.27 manat
Buraxılış həcmi: 86,940,000 manat
Anderrayter: “ABB-İnvest İ.Ş” QSC
Ticarətə buraxılma tarixi: 17.06.2024 - 24.09.2024