EN

Azərbaycanın kapital bazarında tarixi hadisə - SABAHDAN TİCARƏTƏ BURAXILIR

11 iyun 2024-cü il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "Azərbaycan Beynəlxalq Bankı” ASC-nin səhmləri Bakı Fond Birjasında premium bazar seqmentində listinqə daxil edilib.

Birjanın yaydığı məlumatda bildirilir ki, 10 sentyabr 2024-cü il tarixində sözügedən qiymətli kağızların abunə yazılışı başa çatmışdır.

17 sentyabr 2024-cü il tarixindən başlayaraq 24 sentyabr 2024-cü il tarixinə kimi 6 iş günü ərzində "Azərbaycan Beynəlxalq Bankı” ASC-nin səhmləri üzrə yerləşdirmə baş tutacaqdır.

Qeyd edək ki, "Azərbaycan Beynəlxalq Bankı” ASC-nin səhmlərinin kütləvi ticarətə başlaması Azərbaycanda ilk İPO (Səhmlərin ilkin kütləvi təəklifi ) hadisəsidir.

Səhmlər üzrə məlumat aşağıdakı kimidir:

Emitentin adı: "Azərbaycan Beynəlxalq Bankı” ASC

Dövlət qeydiyyat nömrəsi – İSİN: AZ1004004581

Səhmlərin növü və forması: Səhm adi, sənədsiz, adlı

Ticarət üsulu/forması: Kütləvi/Abunə yazılışı

Səhmlərin sayı:  322,000,000 (ədəd)

İlkin ticarət qiyməti:  0.27 manat

Buraxılış həcmi:  86,940,000 manat

Anderrayter:  “ABB-İnvest İ.Ş” QSC

Ticarətə buraxılma tarixi:  17.06.2024 - 24.09.2024

Chosen
4
2
marja.az

3Sources