EN

Bu günlərdə ehtiyyatlı olun! - Əhaliyə XƏBƏRDARLIQ

Elm və Təhsil Nazirliyi N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası kosmik hava durumu və proqnozunu açıqlayıb.

Rəsədxanadan Publika.az-a bildirilib ki, Günəş fəallığı artıb, 10 santimetrlik dalğa uzunluğunda radioalışmalar qeydə alınıb. Günəşin səthində ləkələrin sayı azalıb. Həftə ərzində Yerə istiqamətlənmiş komponentə malik bir neçə tac kütlə atılması (TKA) qeydə alınıb.

Günəş küləyinin maksimal sürəti saniyədə 623 kilometrədək artıb.

Proqnoz günlərində (16-22 sentyabr) C sinif alışmanın baş verməsi ehtimalı 99 faiz, M (R1-R2) sinif alışmanın baş verməsi ehtimalı 55 faiz, X (R3) sinif alışmanın baş verməsi ehtimalı isə 15 faizdir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
4
4
publika.az

10Sources