EN

Türkiyənin Muğla Dalaman hava limanında sərnişindaşıma 4 milyon nəfərə yaxınlaşıb

Bakı. Trend:

2024-cü ilin avqust ayında Türkiyənin Muğla Dalaman HavaLimanına gələn sərnişinlərin sayı ötən ilin eyni dövrü iləmüqayisədə 8 faiz artaraq, 3 milyon 929 min 979 nəfər olub.

Trend xəbərverir ki, bu barədə TurkicWorld-ə Türkiyənin Nəqliyyat və İnfrastrukturNazirliyindən məlumat verilib.

Nazirlikdən verilən məlumata görə, 2024-cü ilin avqust ayındahava limanının daxili reyslər üzrə sərnişin dövriyyəsi 2023-cü ilinanaloji dövrü ilə müqayisədə 9 faiz artaraq, 1 milyon 327 min 883nəfər, beynəlxalq reyslər üzrə isə 8 faiz artaraq 2 milyon 602 min96 nəfər təşkil edib.

2024-cü ilin avqust ayında hava limanının yük daşınması 2023-cüilin eyni dövrü ilə müqayisədə 10 faiz artaraq 47 min 545 tontəşkil edib. Bununla yanaşı, 2024-cü ilin avqust ayında havalimanının daxili reyslər üzrə yük daşınması 2023-cü ilin eyni dövrüilə müqayisədə 6 faiz artaraq, 11 min 176 ton, beynəlxalq reyslərüzrə yük daşınması isə eyni dövrlə müqayisədə 11 faiz artaraq, 36min 369 ton təşkil edib.

Məlumata əsasən, hava limanından 2024-cü ilin avqust ayındahəyata keçirilən uçuşların sayı 2023-cü ilin avqust ayı iləmüqayisədə 4 faiz artaraq, 33 min 80 olub. Bununla yanaşı, daxilireyslər üzrə yerinə yetirilən uçuşların sayı 5 faiz artaraq, 16 min489, beynəlxalq reyslər üzrə isə 4 faiz artaraq 16 min 591olub.

Bu ilin avqust ayında Türkiyənin bütün hava limanlarındasərnişin daşınması 154 milyon 764 min 587 nəfər, yük daşınması isə3 milyon 233 min 453 ton təşkil edib.

Xatırladaq ki, 2023-cü ildə Türkiyənin bütün hava limanlarındasərnişin daşınması 117 milyon 929 min 163 nəfər, yük daşınması isə2 milyon 417 min 502 ton təşkil edib.

Məqalədə:
Chosen
109
31
az.trend.az

10Sources