EN

Rayonlarda qeyri-sabit hava şəraiti sentyabrın 21-dək davam edəcək

Azərbaycanın rayonlarında sentyabrın 21-i gündüzədək fasilələrlə yağıntılı hava şəraiti davam edəcək.

Milli Hidrometeorologiya Xidmətindən Vətəninfo.az-a verilən məlumata görə, bəzi yerlərdə yağış yağacağı, şimşək çaxacağı gözlənilir.

Ayrı-ayrı yerlərdə (Qarabağ və Şərqi-Zəngəzur, Qazax-Gəncə, Balakən-Şəki, Quba-Qusar, Dağlıq-Şirvan, Mərkəzi Aran, Lənkəran-Astara) leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.

Havanın temperaturu ötən günlərlə müqayisədə 3-6° aşağı enəcək. Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimalı var.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
3
49
veteninfo.az

10Sources