Ən yaxşı antidepressant - Çaytikanı çayının HAZIRLANMASI
Çaytikanı və baldan hazırlanan çay ən yaxşı antidepressantdır. Bunu alimlər sübut edib, biz isə bunu təsdiq edirik. Həmçinin çaytikanı güclü iltihab əleyhinə təsirə malikdir. Üstəlik, bu çay çox-çox dadlıdır! Sağlamolun.az hazırlanma qaydasını təqdim edir: Tərkibi: - 150 q çaytikanı,
- 2 xörək qaşığı qara çay,
- 2 xörək qaşığı bal,
- 500 ml su.
Hazırlanması: Çaytikanı giləmeyvələrini yaxşıca yuyun, 2/3 hissəsini qaşıqla əzərək püreyə çevirin. Çaydana çaytikanı püresini, qalan giləmeyvələri və qara çayı əlavə edin. Üzərinə qaynar su tökün, dəmləyin və 10-15 dəqiqə saxlayın. Hazır çayı süzgəcdən keçirib, zövqə görə bal əlavə edin. Bu içkini qara çay əlavə etmədən də hazırlaya bilərsiniz.