2025-ci ildə Azərbaycanda əhalinin nominal xərclərinin 86,5 milyard manata çatacağı proqnozlaşdırılır.
Bu barədə Maliyyə Nazirliynin açıqladığı “2025-ci ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair Açıqlama”da öz əksini tapıb.
Məlumata görə, ölkədə əhalinin xərcləri 2026-cı ildə 93,3 milyard manata, 2027-ci ildə 100,4 milyard manata, 2028-ci ildə isə 107,9 milyard manata çatacaq.