EN

"TikTok" tətbiqi Azərbaycan dilində istifadəyə verildi

"TikTok" tətbiqi Azərbaycan dilində istifadəyə verilib.

Gundem.az xəbər verir ki, Azərbaycan dili seçimi Android və İOS cihazları üçün tətbiqin son buraxılışına əlavə olunub. 

İstifadəçi interfeysinin lokalizasiyasının "TikTok" platformasını azərbaycandilli istifadəçilər üçün əhəmiyyətli dərəcədə asanlaşdıracağı ehtimal edilir. 

TikTok tətbiqində istənilən vaxt interfeys dilini dəyişə bilərsiniz. Dil parametrlərini dəyişmək üçün:

1. Aşağı sağ küncdə "Profil”ə klikləyin;

2. Parametləri açmaq üçün yuxarı sağ küncdəki üç sətir işarəsinə klikləyin;

3. “Parametrlər və Məxfilik” bölməsini seçin;

4. “Tətbiq dili”ni seçin;

5. Siyahıdan Azərbaycan dilini və ya başqa bir dili seçin.  

Chosen
30
14
gundem.az

10Sources