EN

"iPhone"lar bir baxışla idarə etmək mümkün oldu

Artıq "iPhone"ları bir baxışla idarə etmək mümkün olub.

Day.Az Milli.Az-a istinadən xəbər verir ki, sentyabr ayının 16-da təqdim edilən iOS 18 ilə gələn bu funksiya son illərdə istehsal edilmiş "iPhone"lar üçün aktiv olub.

Bunun üçün ilk növbədə iOS 18-i yeniləmək, sonra da tənzimləmələrdən göz təqibini aktivləşdirmək lazımdır. Funksiyanın işləməsi üçün telefonla göz arasındakı məsafə ən çoxu 30 santimetr olmalıdır.

Qeyd edək ki, "iPhone"nun köhnə modellərində bu mümkün olmayacaq.

Chosen
25
2
day.az

3Sources