EN

UEFA “Real”a sanksiya tətbiq edə bilər

UEFA dövlət vəsaitlərinin sui-istifadəsi ilə bağlı maliyyə pozuntularına görə “Real”a qarşı sanksiyalar tətbiq edə bilər.

Publika.az xəbər verir ki, bu barədə İspaniya Ali Məhkəməsinin fəxri hakimi Xose Antonio Palin “Marca” qəzetinə müsahibəsində bildirib.

Palin qeyd edib ki, Madrid klubu hökumət mənbələrindən maliyyə dəstəyi alır. Bu, xüsusən də parkinq, futbol və idmanla birbaşa əlaqəli olmayan digər fəaliyyətlərə aiddir. “Onların hətta UEFA ilə problemləri də ola bilər”, – deyə hakim qeyd edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
6
1
publika.az

10Sources