EN

Əcnəbu turistlərin Bakıdan sonra ən çox getdiyi üç bölgə

Bu ilin yanvar-iyul aylarında Azərbaycana dünyanın 183 ölkəsindən 1 milyon 143,6 min və ya 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 37,4 % çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.Turistlərin Bakıdan başqa ən çox gəzdiyi, səfər etdiyi bölgələrimiz hansılardır?

Dövlət Statistika Komitəsindən bildirilib ki, yanvar və iyul aylarında turizm məqsədi ilə Azərbaycana səfər etmiş əcnəbilərin və vətəndaşlığı olmayan şəxsləri 4 860 079 nəfər təşkil edib:

"Bakı şəhərində qonaq olan turistlərin sayı 2 687 322 nəfər olub. Bakıdan əlavə olaraq digər rayonlarımıza da səfərlər olunub. Bakıdan sonra ən çox ziyarət edilən bölgəmiz Quba-Xaçmaz iqtisadi rayonudur. Bura il ərzində 639 858 nəfər turist səfər edib.

Daha sonra Abşeron-Xızı rayonu 387 302 nəfərlə ən çox turist tərəfindən ziyarət olunan üçüncü bölgəmizdir. Bundan əlavə, Qarabağ iqtisadi rayonuna əcnəbilər tərəfindən və vətəndaşlığı olmayan şəxslərin səfəri qeydə alınıb. Turistlər Qarabağ zonasında Ağcabədi, Ağdam, Bərdə, Fizuli, Şuşa və Tərtər rayonu üzrə qeydə alınıb".

© Modern.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
2
1
valyuta.az

2Sources