EN

İcra başçısı Taleh Qaraşov səyyar qəbul keçirdi - FOTOLAR

Sentyabrın 18-də Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov təsdiq olunmuş qrafikə uyğun olaraq növbəti səyyar görüş-qəbulunu Günəhir kənd inzibati ərazi dairəsinə daxil olan ucqar dağ kəndləri Günəhir, Türkəncil və Qodəsə kəndlərinin sakinləri ilə keçirib.

"Unikal" xəbər verir ki, səyyar qəbulda icra hakimiyyəti aparatının məsul şəxsləri, rayonun hüquq-mühafizə orqanlarının, əlaqədar təşkilatların və xidmət sahələrinin rəhbər işçiləri də iştirak ediblər.

Taleh Qaraşov ötən görüşdə qaldırılan məsələlərin icra vəziyyəti barədə yerli insanlara məlumat verib. Ucqar dağ kəndlərinin problemlərinə toxunan icra başçısı dövlətin bütün mümkün vasitələrlə insanların daha rahat yaşamasına şərait yaratdığını vurğulayıb. Cənab Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq vətəndaşların müraciətlərinə həssaslıqla yanaşıldığını, qaldırılan məsələlərin operativ və nəticəyə yönəlik həlli istiqamətində addımların atıldığını qeyd edən Taleh Qaraşov dağ kəndlərinin əhalisinin qış aylarında istiliklə təminatı məsələsinə də toxunub. Sözügedən məsələnin hər zaman şəxsi nəzarətində saxladığını vurğulayan icra başçısı bu il də oduncaqla təminat məsələsində heç bir problemin yaşanmayacağını qeyd edib.

Günəhir, Türkəncil və Qodəsə kəndlərinin sakinləri səmimi qəbula görə icra başçısına təşəkkür ediblər. Yerli sakinlər cənab Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın ucqar dağ kəndlərinin sakinlərinin qayğı və problemlərini daim diqqət mərkəzində saxladıqlarına görə onlara minnətdarlıqlarını ifadə ediblər.  
 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
0
unikal.az

1Sources