EN

Fitch Solutions: BP-nin AÇG-yə sərmayəsi Azərbaycanın neft ixracını artıracaq

Böyük Britaniyanın enerji nÉ™hÉ™ngi BP 2024-cü ildÉ™ AzÉ™rbaycanın É™n böyük neft yatağı “AzÉ™ri-Çıraq-Günəşli”dÉ™ hasilatı artırır.

Valyuta.az xÉ™bÉ™r verir ki, bu barÉ™dÉ™ "Fitch Group"a aid olan "Fitch Solutions” (FS) ÅŸirkÉ™tinin hesabatında bildirilib.

Qeyd edilib ki, bu artım ölkənin neft sektorunda uzunmüddətli struktur tənəzzülün qarşısını almayacaq. Belə ki, neft yatağının hasilatı son on ildə 50%-dən çox azalıb.

Bununla belə, yatağın Azəri-Mərkəzi-Şərq (ACE) hissəsinə 6 milyard ABŞ dolları investisiya edilməsi Azərbaycanın istehsal və ixrac imkanlarına çox ehtiyac duyulan həcmləri əlavə edəcək. BP-nin sərmayəsi istehsal gücünü cari səviyyədən 25%-ə qədər artıracaq və hasilatın yaxın gələcəkdə günlük 24 min barelə yüksəlməsinə səbəb olacaq. Hasilatın hər il maksimum günlük 100 min barelə qədər artması nəzərdə tutulur.

"Müvafiq olaraq, biz ixracın 2023-cü ildəki 4,8%-dən 2024-cü ildə 6,5%-ə və 2025-ci ildə 7,0%-ə yüksələcəyini gözləyirik" - FS-nin proqnozunda bildirilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
4
4
valyuta.az

6Sources