EN

"Bunun sonu pis ola bilər" - Zaxarovadan Ermənistana XƏBƏRDARLIQ

Ermənistan Rusiya ilə siyasi dialoqu və idarələrarası əməkdaşlığı azaltmağa başlayıb

Ucnoqta.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.

“Sanki Ermənistanda müəyyən siyasi qüvvələr tərəfindən qəsdən dezinformasiyalar yayılır ki, guya KTMT Ermənistanı müdafiə etməyib və s. Bütün bunlar həqiqətə uyğun deyil, çünki biz dəfələrlə KTMT və Rusiyanın səyləri barədə ətraflı danışmışıq və Ermənistan hakimiyyətinin qəbul etdiyi qərarlarla bağlı öz qiymətləndirmələrimizi bölüşmüşük.
Biz hesab edirik ki, İrəvandan vaxtaşırı eşidilən iddialar absurddur və faktlara uyğun gəlmir”, - Zaxarova qeyd edib.

O qeyd edib ki, Ermənistan bu bəhanələrlə Rusiya ilə siyasi dialoqu və idarələrarası əməkdaşlığı azaltmağa başlayıb.

“Onlar davamlı olaraq KTMT-də iştirakın dondurulmasından danışırlar, lakin bunun əksinə olaraq onlar Qərbə daha da yaxınlaşmağa başlayıblar. İqtisadi göstəricilər bir şeydən danışır: insanların, şirkətlərin və bizneslərin yaxınlaşdırmaqda, əlaqələri gücləndirməkdə marağı var, amma siyasi üstqurum nədənsə əksinə hərəkət edir. Bunun sonu pis ola bilər”, - diplomat bildirib.

O, həmçinin qeyd etdi ki, tarix öz səhv hesablamalarını ört-basdır etmək üçün bu cür manipulyasiyalardan necə istifadə edildiyinə dair bir çox nümunə bilir.

Chosen
38
6
ucnoqta.az

7Sources