EN

Zaxarova Ermənistanı hədələdi: Bunun sonu pis ola bilər”

Ermənistan Rusiya ilə siyasi dialoqu və idarələrarası əməkdaşlığı azaltmağa başladı.

Herbiand.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova həftəlik brifinqdə bildirib.

“Sanki Ermənistanda müəyyən siyasi qüvvələr tərəfindən qəsdən dezinformasiyalar yayılır ki, guya KTMT Ermənistanı müdafiə etməyib və s. Bütün bunlar həqiqətə uyğun deyil, çünki biz dəfələrlə KTMT və Rusiyanın səyləri barədə ətraflı danışmışıq və Ermənistan hakimiyyətinin qəbul etdiyi qərarlarla bağlı öz qiymətləndirmələrimizi bölüşmüşük. Biz hesab edirik ki, İrəvandan vaxtaşırı eşidilən iddialar absurddur və faktlara uyğun gəlmir”.

O qeyd edib ki, Ermənistan bu bəhanələrlə Rusiya ilə siyasi dialoqu və idarələrarası əməkdaşlığı azaltmağa başlayıb.

“Onlar davamlı olaraq KTMT-də iştirakın dondurulmasından danışırlar, lakin bunun əksinə olaraq onlar Qərbə daha da yaxınlaşmağa başlayıblar. Bunun müəyyən bir manipulyasiyası var. İqtisadi göstəricilər bir şeydən danışır: insanların, şirkətlərin və bizneslərin yaxınlaşdırmaqda, əlaqələri gücləndirməkdə marağı var, amma siyasi üstqurum nədənsə əksinə hərəkət edir. Bunun sonu pis ola bilər”, - diplomat bildirib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
1
6
herbiand.az

7Sources