EN

"Koç" Holdinq biotexnologiya şirkətinin 65 faizini satın aldı

Türkiyənin məşhur "Koç" Holdinqi, biotexnologiya sahəsində fəaliyyət göstərən "Stembio" şirkətinin 65%-lik səhmlərini satın aldı. 

Valyuta.Az-ın verdiyi xəbərə görə, 2020-ci ildə yaradılan "Stembio", kök hüceyrə və toxuma texnologiyaları sahəsində xidmətlər təqdim edir. Şirkət, doğuş zamanı körpənin göbək ciyəsi qanını toplayır, emal edir və həmin qanı saxlayır.

Göbək ciyəsi qanı kök hüceyrələrlə zəngindir və gələcəkdə müxtəlif xəstəliklərin müalicəsində istifadə potensialına malikdir.

"Stembio", həmçinin kök hüceyrə istehsalı ilə məşğul olur və bu hüceyrələrdən qan xəstəlikləri və digər sağlamlıq problemlərinin müalicəsi üçün istifadə edir. Şirkət, toxuma nümunələrini də toplayaraq saxlayır. Bu toxumalar, transplantasiya və regenerativ tibb tətbiqləri üçün hazır vəziyyətdə saxlanılır.

Stembio, saxladığı kök hüceyrə və toxuma nümunələrinə xəstələrin ehtiyac duyduğu zaman sürətli şəkildə həll yolu təmin edir. Kök hüceyrə müalicələri və toxuma bankçılığı hazırda bir çox xəstəliyin müalicəsində mühüm rol oynayır.

Chosen
152
38
valyuta.az

10Sources