EN

Günün qoroskopu: Ağır fiziki işi unudun

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir. 

Qoç - İşlər o qədər də pis deyil. Yaşamdan şikayətlənməyə səbəb yoxdur. Diqqətə ehtiyac duyduğunuz üçün ekstravaqant addımlar atmayın. Sizi dinləyəcək, dərdinizdən hali olacaq insan tapacaqsınız.

Yaxın bildiyiniz insandan qayğınızı və şəfqətinizi əsirgəməyin. Qüvvə və enerjiniz çox olduğundan macəralar arayırsınız.

Günün ikinci yarısında əmlak və ya maliyyə məsələləri ilə məşğul olmaq məsləhət deyil. Bu barədə düşünməyə belə dəyməz. Təmkinli və soyuqqanlı davranın.

Buğa - Xüsusi önəm verdiyiniz işdə günün ilk yarısında uğur qazana bilərsiniz. Qətiyyətli və əhəmiyyətli saydığınız istiqamətdə addım atmağa hazır olun. Sədlərlə maneələri əzmlə dəf etsəniz, ciddi uğura nail olacaqsınız.

Dostlar uğurlarınıza sevinəcəklər. Rəqiblər paxıllıq etsələr də, əllərindən heç nə gəlməyəcək.

Günün ikinci yarısında planlaşdırılmamış səfər ola bilər. Dəvət aldığınız tədbirə qatılın. Yeni tanışlıq baş tutacaq.

Əkizlər - Günün ilk yarısında emosional fon stabil deyil. Qüvvə toplayın, bir qədər nəfəs alın. Bu gün ağır və ciddi problemi həll etməli olduğunuzdan səylərinizi mənasız işlərə sərf etməyin. Maliyyə məsələlərində diqqətli olun. Yaxın ətrafınıza diqqətlə baxın. Sizi indiyədək dəfələrlə aldadan, vədlərinə xilaf çıxan insanlarla təmasları məhdudlaşdırın. Bəzi əlaqələri ümumiyyətlə kəsmək olar.

Günün ikinci yarısında rasionun sağlam olmasına fikir verin. Bəlli zərərli vərdişi tərgitməyə başlayın. Səhhətinizdə problemlər yaranmasına imkan verməyin.

Xərçəng - Günün ilk yarısında istənilən işə başlayanda aktiv olun. Belədə yaxın ətrafınızdakı şəxslərlə müqayisədə uğura daha tez nail olacaqsınız. Eksperimentlər etmək olar.

İmicinizə yeniliklər edə bilərsiniz. Asan və qeyri-adi nəsnələri ilk baxışdan bəyənsəniz də, sonradan çətin vədlə qarşılaşa bilərsiniz.

Günün ikinci yarısında ideyalarınız innovativ, praktik olsun. Əhvalınız pis deyil. Mənəvi dəstəyə, yardıma, diqqətə ehtiyacı olanlar sizə can atırlar. Onlara ürək-dirək verin.

Axşam saatlarını sevdiyiniz insana həsr edin.

Şir - Asanlıqla məqsədə çatacağınızı və ya uğura nail olacağınızı düşünməyin. Qan-tər içində çalışmağa da lüzum yoxdur. Fəaliyyət istiqamətini müəyyənləşdirin, sərf ediləsi qüvvə, vaxt və səyləri dəqiqləşdirin.

Günün ikinci yarısında yeni tanışlığın romantik davamı ola bilər. Uzunmüddətli planlar qurmayın. İmkanlarınızı olduğundan artıq dəyərləndirməyin. Mövcud qarışıq situasiyanın batinini görməyə çalışın. Əks təqdirdə tələyə düşmək riski var.

Qız - Günün ilk yarısında emosional fon çox pisdir. Dəyər verdiyiniz insanlardan biri sizdə təəssüf hissi yarada bilər. Bədbinliyə qapılmayın və bilin ki, illüziyalardan qurtulmaq çox faydalı prosesdir. Yeni planları təhlil etməyə, təmaslar qurmağa başlayın.

Yaxın ətrafınızdakı insanlar sizin tərəfdədir. Zərurət yaranarsa, onlar sizə dəstək olacaqlar.

Günün ikinci yarısı mürəkkəb məsələlərin nəzərdən keçirilməsi və həlli üçün münasib zamandır. Dolaşıq, birmənalı olmayan məqamları diqqətlə araşdırın. Kiçik, lakin önəmli detallara fikir verin. Başqalarının görə bilmədikləri xırdalıqlara fikir verin.

Belə olarsa, kobud səhvlərə yol verməyəcəksiniz.

Tərəzi - Azad, yaradıcı fəaliyyət üçün əlverişli zamandır. İdeyalarınızın arasında ən praqmatik və praktiki təsir bağışlayanı seçərək onu həyata keçirməyə başlayın. Yaşamınızda nəyisə dəyişmək istəyirsinizsə, elə indi başlayın. İlk uğurlar və qələbələr özlərini çox gözlətməyəcəklər.

Peşəkar fəaliyyət və ya kommersiya məsələlərini qeyri-formal şəraitdə müzakirə etmək pis deyil.

Günün ikinci yarısı yarımçıq işlərin başa vurulması üçün münasib zamandır. Sentimentallığa varmayın. Emosiyalarınıza hakim olun.

Axşam saatlarını təkbaşına keçirə bilməsəniz, internetdə "dolaşmaq" olar.

Əqrəb - İndiyədək başlamağa cəsarət etmədiyiniz işə start vermək zamanıdır. Həmin işi necə yerinə yetirməyin yollarını müəyyənləşdirin. Nəyi nə zaman etmək gərəkdiyini intuisiya deyəcək. Bəzi planlardan imtina etsəniz, məqsədə doğru irəliləyişdə effektiv nəticələrə nail olacaqsınız. Gəlirlər istisna deyil. Köhnə borclardan birini qaytaracaqlar.

Günün ikinci yarısında emosional fon stabil olacaq. Kiçik anlaşılmazlıqlar və ixtilaflar istisna deyil. Profilaktiki prosedurlarda xeyir var. Səhhətinizin qeydinə qalın.

Axşam saatlarında gəzintiyə çıxın.
 

Oxatan - Seçdiyiniz yolun dürüstlüyü və ya səhihliyinə şübhə etməyin. İndiyədək yaxşı, effektiv və real saydığınız planlar irreal təsir bağışlamasın. Məğlub əhval-ruhiyyədən qurtulun, ruhdan düşməyin.

Çətinlikləri çözmək üçün gərəkli variantı təcrübəli insanla müzakirələrdə arayın.

Günün ikinci yarısında müttəfiq və ya həmkarlar sizə yardım etməyə hazır olacaqlar. Yeni tanışlıq xoş ünsiyyət vəd edir. Romantik münasibətlər aramayın. Emosiyaların təsirinə düşərək absurd qərarlar qəbul etməyin.

Təmkinli və ağıllı olun.

Oğlaq - Uğurlu və əlverişli gündür. İstənilən problemlərin öhdəsindən asanlıqla gələ bilərsiniz. İşləri adi günlərlə müqayisədə daha sürətlə yerinə yetirirsiniz. Şəraiti dəyişmək, qısamüddətli olsa da, səfərə yollanmaq gərəkdir. Çoxdan bəri görmədiyiniz insanlarla görüşə bilərsiniz.

Ağır fiziki işlə, üzücü məşqlərlə məşğul olmayın.

Günün ikinci yarısında danışıqlar və müzakirələrdə diqqətli olun. Təcrübəli, bilikli insanın məsləhətləri ünsiyyətdəki problemin həllinə təkan verəcək. Yaradıcılığa marağı artırın.

Axşam saatlarında maraqlı tanışlıq olacaq.

Dolça - Günün ilk yarısında sizi sevindirəcək olaylar olacaq. Çox dəyər verdiyiniz insanlar barəsində xoş xəbər alacaqsınız. Enerjili və aktiv olsanız, başladığınız işi vaxtında başa vura biləcəksiniz. Son həftələrdə reallaşdırmağa çalışdığınız layihələrdən birini tamamlamaq zamanıdır.

Günün ikinci yarısı yaxın gələcəkdə həyata keçirmək istədiyiniz planların reallaşdırılması istiqamətində ilk addımlar üçün münasib zamandır.

Axşam saatlarına yaxın işgüzar aktivliyi bir qədər azaldın. Qüvvələrinizi bərpa edin. Yaxınlarınızla təmasları artırın. Birgə fəaliyyət də mümkündür.

Ağır fiziki işi unudun.

Balıqlar - Günün ilk yarısındakı çətinliklərin həllində aktiv olun. Problemləri təmkinli və soyuqqanlı şəkildə aradan qaldırın. Yaxın ətrafınızdakı insanlarla münasibətlərinizdə münaqişələrin yaranmasına imkan verməyin. Fikir ayrılığı və ya ixtilaf olarsa, həftələrlə davam edəcək. Diplomat olun, kobud davranmayın.

Günün ikinci yarısında təşəbbsü diqqətli şəkildə nümayiş etdirin. Mövqeyinizi aqressiv şəkildə müdafiə etməyin. Əks halda ünvanınıza iradlar və tənqidlərdən yaxa qurtara bilməyəcəksiniz.

Maraqlı görüşlər və yeni tanışlıqlar istisna deyil. Belə təmaslara ilk əvvəl önəm verməsəniz də, onlar sonradan həyatınızda mühüm rol oynaya bilər.

Milli.Az

Chosen
145
16
milli.az

10Sources