Ermənistan Baş naziri Nikol Paşinyan ABŞ dövlət katibinin köməkçisinin müavini Coşua Hakın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Modern.az xəbər verir ki, bu barədə Ermənistan Baş nazirinin mətbuat xidməti məlumat yayıb.
Paşinyan Ermənistan – ABŞ münasibətlərinin “dinamik xarakterini” vurğulayıb və ABŞ administrasiyasının Ermənistanda institusional islahatların həyata keçirilməsinə dəstəyinin əhəmiyyətini qeyd edib. O həmçinin ABŞ-nin dəstəyi ilə öz ölkəsində, o cümlədən infrastrukturun yaxşılaşdırılması üzrə məqsəd proqramlarının həyata keçirilməsinin vacibliyini vurğulayıb.