EN

Prezident təqaüdçüsü "Əsrin müqaviləsi"nin vacibliyindən danışdı

Azərbaycan neft sənayesinin inkişafına böyük töhfələr verən, 50 ildən çox bu sahədə layiqincə xidmət edən, "Əsrin müqaviləsi"nin imzalanmasında özünəməxsus rolu olan Rafiq Abdullayev 30 il əvvələ qayıdaraq o günlərin xatirəsini Baku TV ilə bölüşüb.

"Həyatımda ən gözəl anlar 1994-cü ilin 20 sentyabrında olub. "Əsrin müqaviləsi" imzalanmamışdan qabaq təbii ki, ona hazırlıq prosesi çox gərgin keçirdi. Ölkə rəhbərliyinə müqavilənin baş tutmaması üçün çoxlu təzyiqlər var idi", - deyə R.Abdullayev bildirib.

Rafiq Abdullayev deyir ki, "Əsrin müqaviləsi" imzalanana qədər çox uzun və mürəkkəb bir yol keçib: "Danışıqlar çox gərgin keçirdi. Onlar Rusiyadan icazə almağı şərt kimi irəli sürmüşdülər. Onda Prezident Heydər Əliyev belə bir addım atdı və dedi ki, Azərbaycan müstəqil dövlətdir, istənilən yatağı, istənilən xarici şirkətə verə bilərəm".

Bu tarixi prosesin canlı şahidi, iştirakçısı olan Rafiq Abdullayev "Əsrin müqaviləsi"nin Azərbaycan üçün əhəmiyyətinin vacibliyini də vurğulayıb: "İmzalanma prosesi çox yüksək səviyyədə keçirildi. 500 nəfər imzalanma mərasiminə dəvət olunmuşdu, 300 nəfər də axşam yeməyinə. "Əsrin müqaviləsi" bizə imkan verdi ki, biz böyük dövlətləri bura cəlb etməklə müəyyən qədər siyasi cəhətdən onları Azərbaycana yaxınlaşdıraq və iqtisadi gücümüzü artıraq".

Ətraflı süjetdə:

Chosen
7
2
musavat.com

3Sources