EN

Aİİ BMT Baş Assambleyasında müşahidəçi statusu almaq üçün səylərini gücləndirir

Bakı. Trend:

Avrasiya İqtisadi İttifaqı (Aİİ) BMT Baş Assambleyasındamüşahidəçi statusu almaq üçün səylərini gücləndirir.

Trend-inməlumatına görə, bu barədə Avrasiya İqtisadi Komissiyasının (AİİK)İdarə Heyətinin sədri Bakıtjan Saqintayev deyib.

"Avrasiya İqtisadi Komissiyasının İdarə Heyətinin sədri BakıtjanSaqintayev sentyabrın 20-də Birləşmiş Millətlər TəşkilatınınNyu-Yorkdakı mənzil-qərargahında BMT baş katibinin iqtisadi vəsosial məsələlər üzrə müavini Li Tzunxua ilə danışıqlar aparıb. LiTzunxua ilə söhbət zamanı Avrasiya İqtisadi İttifaqı ilə BMTarasında hərtərəfli əməkdaşlığın prioritet istiqamətləri ətrafındaətraflı fikir mübadiləsi aparılıb. Xüsusən, tərəflər BMT BaşAssambleyasında Aİİ üçün müşahidəçi statusunun alınmasıistiqamətində işlərin intensivləşdirilməsi imkanlarını müzakirəediblər", - deyə AİİK-nin mətbuat xidməti bildirib.

"Biz birgə fəaliyyətimizi sistemləşdirmək üçün bu istiqamətdəlazımi səyləri göstərməyə hazırıq. Əminəm ki, bugünkü danışıqlardialoqumuzun möhkəmlənməsinə və əlaqələrimizin genişlənməsinə köməkedəcək", - deyə B.Saqintayev qeyd edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
28
az.trend.az

1Sources