EN

Lerik rayonunda zəlzələ baş verib

Bakı, 21 sentyabr, AZƏRTAC

Lənkəran stansiyasından 17 km qərbdə, Lerik rayonunda zəlzələ qeydə alınıb.

AZƏRTAC xəbər verir ki, bu barədə AMEA-nın nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat verib. Məlumata görə, Bakı vaxtı ilə saat 03.45-də baş verən zəlzələnin maqnitudası 3,1, dərinliyi 19 kilometr olub.

Zəlzələ hiss olunmayıb.

Chosen
141
49
azertag.az

10Sources