Oxu.Az bu barədə iz.ru-ya istinadən xəbər verir.
Rusiyalı qastroenteroloq Yekaterina Kaşux deyir ki, mədənin, nazik və yoğun bağırsağın selikli qişasında mədə-bağırsaq sisteminin normal işləməsinə cavabdeh olan və patogen mikrobların böyüməsini məhdudlaşdıraraq immun sistemi dəstəkləyən xüsusi sinir hüceyrələri var: "Bu hüceyrələr daxili sinir sistemini təşkil edir ki, bu da daim beyinlə "ünsiyyətdə" olur və ona qidadakı maddələrin tərkibi barədə məlumat verir. Onda təhlükəli maddələr və ya zərərli bakteriyaların olub-olmadığını dəqiqləşdirir. Ox hər iki istiqamətdə işləyir".
Onun sözlərinə görə, əsas əlaqə kanalı bağırsaqdan beyinə və geriyə siqnallar ötürən azan sinirdir. Azan sinirdən əlavə, həm beyində, həm də bağırsaqda istehsal olunan neyrotransmitterlər (serotonin, dopamin və qamma-aminoyağ turşusu) mühüm rol oynayır. Bunların hamısı orqanizmə xarici və daxili mühitdəki dəyişikliklərə uyğunlaşmağa imkan verir, fiziki və psixi vəziyyətə, o cümlədən əhvali-ruhiyyəyə təsir göstərir.
Kaşux qeyd edib ki, disbioz (bağırsaqda faydalı və zərərli bakteriyalar arasında balansın pozulması) əhvali-ruhiyyəyə təsir göstərir. Bundan əlavə, bəzi patogen bakteriyalar neyrotransmitterlərin, xüsusən də serotonin və dopaminin istehsalını poza bilər ki, bu da birbaşa insanın vəziyyətinə təsir göstərir.
"Faydalı bakteriyalar (məsələn, "Lactobacillus" və "Bifidobacterium") bağırsağın işini yaxşılaşdırır və neyrotransmitterlərin normal səviyyəsini saxlayır. Nəticədə narahatlıq pozuntuları və depressiya riski azalır. Mikrobiota, həmçinin iltihab əleyhinə xüsusiyyətlərə malik olan və sinir sisteminə müsbət təsir göstərən qısazəncirli yağ turşularının (məsələn, butirat) istehsalına təsir edir", - deyə qastroenteroloq əlavə edib.
10Sources
-
manset.azBağırsağın vəziyyəti əhvali-ruhiyyəmizə necə təsir edir? ( 11216461)
-
news24.azBağırsağın vəziyyəti əhvali-ruhiyyəmizə necə təsir edir? ( 11207086)
-
milli.azBağırsağın vəziyyəti əhvali-ruhiyyəmizə necə təsir edir? ( 11198560)
-
bakivaxti.azBağırsağın vəziyyəti əhval-ruhiyyəmizə necə təsir edir? ( 11198173)
-
e-saglam.azBağırsağın vəziyyəti əhvali-ruhiyyəmizə necə təsir edir? ( 11198152)
-
regionxeberlericom.azBağırsağın vəziyyəti əhvali-ruhiyyəmizə necə təsir edir? ( 11193808)
-
demokrat.azBağırsağın vəziyyəti əhvali-ruhiyyəmizə necə təsir edir? ( 11188315)
-
pravda.azBağırsağın vəziyyəti əhvali-ruhiyyəmizə necə təsir edir? ( 11188075)
-
hurriyyet.azSağlamlıq Ağızdan gələn pis qoxudan necə xilas olmaq olar? - Həkimdən məsləhətlər ( 11186395)
-
gender.azSağlamlıq Ağızdan gələn pis qoxudan necə xilas olmaq olar? - Həkimdən məsləhətlər ( 11185627)