EN

Azərbaycan Premyer Liqasında bu gün daha bir oyun baş tutacaq

Azərbaycan Premyer Liqasının VII turunda bu gün daha bir oyun baş tutacaq.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, "Turan Tovuz" klubu doğma meydanda "Araz Naxçıvan"la qarşılaşacaq.

Tovuz Şəhər Stadionunda keçiriləcək görüşün start fiti saat 18:00-da səsləndiriləcək. Oyunu FIFA referisi Elçin Məsiyev idarə edəcək. Hazırda "Turan Tovuz" 14 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb. 5-ci yerdə olan "Araz-Naxçıvan"ın isə 10 xalı var.

Azərbaycan Premyer Liqası

VII tur

21 sentyabr

18:00. “Turan Tovuz” – “Araz-Naxçıvan”

Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Tural Qurbanov
VAR: Rauf Allahverdiyev
AVAR: Rəhman İmami
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Elçin Mehtiyev
Tovuz şəhər stadionu

Qeyd edək ki, VII turun ötən gün keçirilən görüşlərində "Şamaxı" səfərdə "Kəpəz"i 2:0, "Qarabağ" isə "Azərsun Arena"da "Neftçi"ni 4:0 hesabı ilə məğlub edib. VII tura sabah baş tutacaq iki oyunla yekun vurulacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
6
16
operativmm.az

10Sources