EN

Həyat çox qısadır: Ölməzdən əvvəl çəkdiyimiz 5 peşmançılıq

Palliativ tibb bacısı Bronni Veyr ağır vəziyyətdə olan insanların ölməmişdən əvvəl ən çox peşman olduqları beş şeyi müəyyənləşdirib. O, bu barədə kitab yazıb, nəşrdə sizə xoşbəxt bir həyat sürmək barədə düşünməyə kömək edəcək məsləhətlər də yer alıb. 

Onun təcrübəsi əsasında apardığı araşdırmalara görə, insanların ən böyük peşmançılığı təhsil imkanlarını əldən verməsidir. Bu  həmdə valideynlik məsələsinə də təsir edir. Daha yaxşı ata və ya ana olmaq istəyirsinizsə, dərsləri hər gün nəzərarətdə saxlamalısınız.


Tibb bacısının fikrincə, insanların ölməzdən əvvəl ən çox peşman olduqları beş şey.

1-"Mən başqalarının gözlədiyi kimi deyil, istədiyim kimi yaşamaq üçün cəsarətə sahib olmaq istərdim."

Bu peşmançılıq həyatın və ölümün astanasında dayananlar arasında ən çox rast gəlinən peşmançılıq etirafıdır. Valideynlər olaraq başa düşməliyik ki, övladlarımız özümüzün məcburi istəyimizlə formalaşan fiqurlar deyil, fərdlərdir. Onların öz arzuları və istəkləri var və bizim işimiz bu işdə onlara dəstək olmaqdır, gözləntilərimizi zorlamamaqdır. Qoy övladlarınız kim olmaq istədikləri kimi formalaşsınlar və öz yolu ilə getsinlər.

2-"Kaş ki, bu qədər işləməyəydim"

Ölüm yatağında olan heç kim daha çox pul qazanmadığına görə peşman deyil. Övladlarınızın sərvətə ehtiyacı yoxdur - onların sizə, vaxtınıza və diqqətinizə ehtiyacı var. Həyat çox qısadır və uşaqlar çox tez böyüyür. Buna görə də, özünüzü sonsuz iş məsuliyyətlərinə qərq etməkdənsə, onlarla daha çox vaxt keçirməyə dəyər. Bu vaxt həm sizin, həm də onlar üçün əvəzolunmaz olacaq.

3-"Kaş ki, hisslərimi ifadə etməyə cəsarətim olsaydı"

Hisslər vacibdir və onları ört-basdır etmək zərərlidir. Uşaqlarınıza müxtəlif emosiyalarla necə davrandığınızı görməyə şərait yaradın. Həm müsbət, həm də mənfi anlarda. Bu, onlara öz hisslərindən qorxmamağı, özlərinə və başqalarına qarşı dürüst olmağı öyrədəcək. Uşaqlar nümunə götürərək öyrənirlər və sizin duyğularınızı ifadə etməyiniz onlara özlərini daha yaxşı başa düşməyə kömək edəcək.

4-"Dostlarımla əlaqə saxlamaq istərdim"

Uşaqlar valideynlərindən öyrənirlər və dostlarınızla münasibətlərinizi qorusanız, hobbinizlə məşğul olsanız və öz həzz aldığınız fəaliyyətlərə daha çox vaxt ayırsanız, uşaqlarınız bunun vacib olduğunu görəcəklər. Valideyn olmaq üçün şəxsi həyatınızdan da əl çəkməyin - bu, sizi zənginləşdirməklə yanaşı, iş, ailə və şəxsi maraqları balanslaşdırmaq üçün övladlarınıza nümunə olacaq.

5- "Mən daha çox xoşbəxt olmağa çalışmaq istərdim"

Xoşbəxtlik elə indi edə biləcəyiniz ən yaxşı bir seçimdir. Xoşbəxtliyinizi gec müəyyən etməyə çalışsanız, nailiyyətlər və ya karyera qurandan sonraya saxlayıb onu təxirə salsanız, bu hissi  heç vaxt ideal hiss etməyəcəksiniz. qarşıdakı illərdə sağlamlıq və s. qayğıları xoşbəxtlik hissinizi ört-basdır edə bilər. Uşaqlar təbii olaraq hər an sevinc hissi yaşamağı bilirlər, ona görə də ideal şəraiti gözləmədən onlara indi həyatdan həzz almağı öyrədin.

Tural

Chosen
18
31
news365.az

10Sources