EN

Qurban Qurbanov “Qarabağ”ın qapılarını Qaranın üzünə açacaqmı?

"Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov sabiq futbolçuları, iki gün əvvəl “Neftçi”dən rəsmən ayrılan Qara Qarayev barədə danışıb.

Sportinfo.az xəbər verir ki, ona Qarayevin “Qarabağ”a qayıdışının mümkünlüyü barədə barədə sual ünvanlanıb.

“Bu gün komandada belə fikir (Qaranın qayıtması - red.) yoxdur. Amma Qaranın indi çempionatda iştirak etməməsi məni təəssüfləndirir.

Təcrübəli futbolçudur, ağıllı insandır. Ən doğrusunu düşünəcək. Bizim komanda olaraq, planımızda belə şey yoxdur”, - Q.Qurbanov söyləyib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
13
sportinfo.az

1Sources